Azərbaycan və Rusiyanın Rostov vilayəti bir sıra sahələr üzrə bir neçə əməkdaşlıq sazişi imzalayıb.
“Report” xəbər verir ki, ikitərəfli sazişlərin imzalanması Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı baş tutub.
“Azərbaycan sənaye, kənd təsərrüfatı, aqrar-sənaye kompleksləri sahələrində əməkdaşlıqda maraqlıdır. Hazırda Azərbaycan Rusiya Federasiyasının 70 regionu ilə əməkdaşlığı inkişaf etdirib. Düşünürəm ki, Rostov vilayəti ilə başqaları üçün yaxşı əməkdaşlıq nümunəsi yarada bilərik”, - İqtisadiyyat nazirinin müavini
Onun sözlərinə görə, imzalanan 10 sənəd Azərbaycan ilə Rostov vilayəti arasında qarşılıqlı maraq və əməkdaşlığın inkişafının təməli olacaq.
Belə ki, tərəflər turistlərin cəlb edilməsi, onlara şərait yaradılması və müvafiq xidmətlərin göstərilməsi, rəqəmsal iqtisadiyyat sahəsində kadrların hazırlanması, hava rabitəsinin inkişafı, kənd təsərrüfatı texnikasının Azərbaycana tədarükü, Azərbaycan və Rostov şirkətlərinin qarşılıqlı fəaliyyəti, habelə polipropilen tədarükü və s. üzrə sazişlər imzalayıb.