Azərbaycan və Qazaxıstan biznesin maliyyələşməsi üzrə təcrübə mübadiləsi aparır

Azərbaycan və Qazaxıstan biznesin maliyyələşməsi üzrə təcrübə mübadiləsi aparır İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) və Qazaxıstana məxsus "Sahibkarlığın İnkişafı Fondu" ASC (DAMU) arasında birgə əməkdaşlığı ehtiva edən “Yol xəritəsi”ndə nəzərdə tutulan əsas məsələ biznesin maliyyələşdirilməsinə dair qarş
Biznes
31 Mart , 2022 12:37
Azərbaycan və Qazaxıstan biznesin maliyyələşməsi üzrə təcrübə mübadiləsi aparır

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) və Qazaxıstana məxsus "Sahibkarlığın İnkişafı Fondu" ASC (DAMU) arasında birgə əməkdaşlığı ehtiva edən “Yol xəritəsi”ndə nəzərdə tutulan əsas məsələ biznesin maliyyələşdirilməsinə dair qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Bu barədə “Report”a açıqlamasında SİF-in Strateji təhlil və beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Fateh İsrəfilzadə bildirib.

Onun sözlərinə görə, sahibkarlığın təşviqi və biznesin maliyyələşməsi sahəsində iki ölkə bir-birinin təcrübəsini öyrənəcək.

“DAMU ilə “Yol xəritə”sini ötən ilin aprel ayında imzalamışıq. Ötən il ərzində "Yol xəritəsi"nin icrası istiqamətində onlayn formatda görüşlərimiz olub. Bu il isə ilkin olaraq onlar bizi dəvət etdilər və Qazaxıstanın Almatı şəhərində görüşümüz baş tutdu. Növbəti addım olaraq Qazaxıstandan olan həmkarlarımızın müvafiq sahədə Azərbaycan təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfəri planlaşdırılır”, - deyə F.İsrəfilzadə bildirib.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında SİF və DAMU arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, sahibkarlığın təşviqi və biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə “Yol xəritəsi” hazırlanıb.

Son xəbərlər

Orphus sistemi