Azərbaycan və İran birgə dərman istehsalına dair memorandum imzalayacaq

Azərbaycan və İran birgə dərman istehsalına dair memorandum imzalayacaq Memorandumları imzalayacaq şirkətlərin adları açıqlanıb
Biznes
20 Aprel , 2016 18:38
Azərbaycan və İran birgə dərman istehsalına dair memorandum imzalayacaq

Bakı. 20 aprel. REPORT.AZ/ Sabah Azərbaycan və İran şirkətləri arasında avtomobil və dərman istehsalı sahəsində müştərək layihələrin icrası ilə bağlı 4 memorandum imzalanacaq. 

“Report” xəbər verir ki, bunu Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə Astarada keçirilmiş görüşdə nazir Ş.Mustafayev deyib.

Nazir memorandumların Sumqayıt Kimya Sənaye Parkı, Azərbaycan İnvestisiya Şirkəti, “Azersun Holding”, İranın “Iran Khodro” və “Darou Pakhsh” şirkətləri arasında imzalanacağını da deyib. 

Son xəbərlər

Orphus sistemi