Azərbaycan və EBRD perspektiv əməkdaşlıq istiqamətlərini müzakirə edib
- 19 yanvar, 2023
- 11:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında tərəfdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir müavini Sahib Məmmədov EBRD-nin Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman ilə görüşüb. Azərbaycan rəsmisi EBRD ilə əlaqələrin inkişafına önəm verdiyini, onun etibarlı tərəfdaş olduğunu, ölkəmizin iqtisadi inkişafına uzunmüddətli və davamlı dəstək verdiyini vurğulayıb.
Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
M.Bouman Bankın ölkəmizlə səmərəli əməkdaşlığını qeyd edib, Azərbaycanda aparılan iqtisadi islahatları dəstəklədiyini bildirib.
Tərəflər tərəfdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və perspektiv əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.