Azərbaycan və BƏƏ-nin iş adamları görüşəcəklər

Azərbaycan və BƏƏ-nin iş adamları görüşəcəklər Görüş Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfəri çərçivəsində baş tutacaq
Biznes
18 Aprel , 2017 16:20
Azərbaycan və BƏƏ-nin iş adamları görüşəcəklər
Report

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti BƏƏ-yə səfər edəcək.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iki gün davam edəcək səfər çərçivəsində adı çəkilən komissiyanın 6-cı iclası, Azərbaycan və BƏƏ-nin iş adamları arasında görüş, eləcə də bir sıra ikitərəfli görüşlər keçiriləcək.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaq.

Son xəbərlər

Orphus sistemi