Bu ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynaya 41,2 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın mart sayında bildirilir.
Sənədə əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Azərbaycanın qeyri-neft-qaz məhsullarının əsas ixrac bazarı Rusiyadır. Bu ölkəyə 1 il əvvələ nisbətən tədarük dəyər baxımından 2,3 % azalaraq 150,8 milyon ABŞ dollarına düşüb.
Son 1 ildə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 14,9 % azalaraq 82,8 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 23,3 % artaraq 52,9 milyon ABŞ dolları olub.
Ötən 2 ayda Azərbaycan həmçinin İsveçrəyə 43,6 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.