Azərbaycan Ukraynadan makaron idxalını kəskin artırıb
- 07 iyun, 2024
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan 4,82 milyon ABŞ dolları dəyərində 3 min 884 ton makaron məmulatları (kuskusdan başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % azdır) 2 min 391 ton (+2,2 %), Rusiyadan 1,82 milyon ABŞ dolları dəyərində (+53 %) 1 min ton (+79 %), Ukraynadan 615 min ABŞ dolları dəyərində (+4 dəfə) 289 ton (+4,1 dəfə), Qazaxıstandan 130 min ABŞ dolları dəyərində 41 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 77,3 min ABŞ dolları dəyərində (-72 %) 36 ton (-76 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana 33 ölkədən idxal edilmiş 14 min 994 ton makaronun 65,7 %-i Türkiyənin payına düşüb.