Azərbaycan Türkiyəyə metanol ixracını 2,5 dəfə artırıb

Biznes
  • 04 iyun, 2024
  • 13:19
Azərbaycan Türkiyəyə metanol ixracını 2,5 dəfə artırıb

Bu ilin I rübündə Azərbaycan 22,8 milyon ABŞ dolları dəyərində 117 min 481 ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 18,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 5,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 30 min 761 ton (+2,5 dəfə), İsrailə 4,3 milyon ABŞ dolları dəyərində 22 min 696 ton (1 il əvvəl tədarük olmayıb), Sloveniyaya 3,65 milyon ABŞ dolları dəyərində (+93 %) 18 min 575 ton (+2,3 dəfə), İtaliyaya 3,55 milyon ABŞ dolları dəyərində (-40 %) 18 min 551 ton (-31 %), Niderlanda 3,3 milyon ABŞ dolları dəyərində (-17 %) 16 min 550 ton (-11 %) məhsul satıb.

2023-cü ildə Azərbaycandan 10 ölkəyə ixrac edilmiş 501 min 571 ton metanolun 22 %-i Türkiyənin, 17,1 %-i Rumıniya, 15,5 %-i İtaliyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti