Azərbaycan Türkiyədən yoğurt alışını 67 dəfə artırıb
- 07 sentyabr, 2022
- 10:43
2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycana xaricdən 2,534 milyon ABŞ dolları dəyərində 1 min 820 ton yoğurt gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,1 %, kəmiyyət olaraq – 5,7 % çoxdur.
Hesabat dövründə Rusiyadan 1,696 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % çoxdur) 1 min 292 ton (+7,1 %), Belarusdan 510,36 min ABŞ dolları dəyərində (+21 %) 377,81 ton (+16 %), Qazaxıstandan 122,82 min ABŞ dolları dəyərində (-52,7 %) 61,03 ton (-62 %), Türkiyədən 85,59 min ABŞ dolları dəyərində (+61 dəfə) 50,14 ton (+67 dəfə), Latviyadan 59,51 min ABŞ dolları dəyərində (+15,3 %) 24,45 ton (+28 %) məhsul alınıb.
Qeyd edək ki, ötən il Azərbaycanın xaricdən (13 ölkədən) aldığı 3 min 408 ton yoğurtun 69,3 %-i Rusiyanın payına düşüb.