Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci ötən il 6 %-dən çox artırıb

Biznes
  • 04 yanvar, 2025
  • 09:37
Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci ötən il 6 %-dən çox artırıb

Ötən il Azərbaycan Türkiyədən 11,233 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 6,4 % çoxdur.

Təkcə dekabrda Türkiyə Azərbaycana 1,402 milyon ABŞ dolları dəyərində xalça ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 28,1 % çoxdur.

Ötən il Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 4,2 % artaraq 2,867 milyard ABŞ dollarına çatıb, dekabrda isə 3,2 % azalaraq 247 milyon ABŞ dollarına düşüb.