Azərbaycan Türkiyədən tütün idxalını kəskin artırıb

Biznes
  • 09 noyabr, 2023
  • 06:27
Azərbaycan Türkiyədən tütün idxalını kəskin artırıb

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana 39 milyon 963 min ABŞ dolları dəyərində tütün ixrac edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 166,6 % çoxdur.

Həmçinin cari ilin oktyabrında Türkiyədən ölkəmizə 5 milyon 912 min ABŞ dolları dəyərində tütün gətirilib ki, bu da keçən ilin analoji dövrünə nisbətən 180 % artım deməkdir.

44 filmi