Azərbaycan Türkiyədən sement, şüşə, keramika və torpaq məhsulları idxalını artırıb
- 22 iyun, 2022
- 05:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 21,752 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məhsulları idxal edib.
“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,4 % çoxdur.
Təkcə bu ilin may ayında isə Türkiyə Azərbaycana 5,275 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 76,1 % çoxdur.
Bu ilin ilk 5 ayında Türkiyənin ümumi sement, şüşə, keramika və torpaq məhsulları ixracının dəyəri illik müqayisədə 28,5 % artaraq 2,309 milyard ABŞ dollara, may ayında isə sement, şüşə, keramika və torpaq məhsulları ixracının dəyəri 16,2 % artaraq 446 milyon ABŞ dollarına çatıb.