Azərbaycan Türkiyədən qarğıdalı yağı alışını 6 dəfədən çox artırıb
- 22 avqust, 2022
- 09:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan xaricdən 14 milyon ABŞ dolları dəyərində 8 min 326 ton qarğıdalı yağı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 24,2 %, kəmiyyət olaraq – 23,4 % azdır.
Argentinadan 5,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 58 % azalıb) 3 min 483 ton (-56 %), Türkiyədən 7 milyon ABŞ dolları dəyərində (+5,3 dəfə) 4 min 168 ton (+6,3 dəfə), Rusiyadan 1,4 milyon ABŞ dolları dəyərində (-34,7 %) 620,6 ton (-42,6 %), İtaliyadan 143,8 min ABŞ dolları dəyərində (-63 %) 51,5 ton (-66,7 %), Almaniyadan 3,8 min ABŞ dolları dəyərində (-40 %) 0,8 ton (-39,7 %) məhsul gətirilib.
Qeyd edək ki, ötən il Azərbaycanın xaricdən (12 ölkə) idxal etdiyi 20 min 527 ton qarğıdalı yağının 58 %-i Argentinanın, 19,4 %-i Braziliyanın, 8,8 %-i Rusiyanın, 7,6 %-i Türkiyənin payına düşüb.