Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci cüzi artırıb

Biznes
  • 04 mart, 2024
  • 07:11
Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci cüzi artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 18,758 milyon ABŞ dolları dəyərində polad idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % çoxdur.

Təkcə fevralda isə Türkiyə Azərbaycana 7,823 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 8,6 % azdır.

2 ayda Türkiyənin polad ixracının ümumi dəyəri illik müqayisədə 15,8 % artaraq 2,503 milyard ABŞ dollarına, fevralda isə 31,2 % artaraq 1,386 milyard ABŞ dollarına çatıb.