Azərbaycan Türkiyədən mərci alışını 2 dəfə artırıb

Biznes
  • 22 avqust, 2023
  • 12:28
Azərbaycan Türkiyədən mərci alışını 2 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 3,3 milyon ABŞ dolları dəyərində 4 min 968 ton mərci idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 % azdır, kəmiyyət olaraq – 26,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 3 min 541 ton (+3,4 dəfə), Qazaxıstandan 944 min ABŞ dolları dəyərində (-56 %) 1 min 108 ton (-38 %), Qırğızıstandan 250 min ABŞ dolları dəyərində (-75 %) 269 ton (-68 %), Kanadadan 44 min ABŞ dolları dəyərində (-88 %) 35 ton (-88 %), Türkiyədən 17,4 min ABŞ dolları dəyərində (+42 %) 14,3 ton (+2 dəfə) mərci alıb.

2022-ci ildə Azərbaycana (9 ölkədən) idxal edilmiş 7 min 490 ton mərcinin 38,6 %-i Qazaxıstanın, 35,7 %-i Rusiyanın, 20,2 %-i Qırğızıstanın payına düşüb.

44 filmi