Azərbaycan Türkiyədən kontakt linza alışını kəskin artırıb

Biznes
  • 11 noyabr, 2023
  • 12:47
Azərbaycan Türkiyədən kontakt linza alışını kəskin artırıb

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana 277 min ABŞ dolları dəyərində 113 min 223 ədəd kontakt linza idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 181 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,8 dəfə çoxdur) 72 min 898 ədəd (+2,3 dəfə), Koreyadan 47,3 min ABŞ dolları dəyərində (+15 %) 34 min 894 ədəd (+68 %), Türkiyədən 43 min ABŞ dolları dəyərində (+4,9 dəfə) 4 min 932 ədəd (+4 dəfə), Böyük Britaniyadan 2,92 min ABŞ dolları dəyərində (+3,2 %) 323 ədəd (-70 %), İrlandiyadan 1,32 min ABŞ dolları dəyərində (-95 %) 80 ədəd (-92,6 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (8 ölkədən) idxal edilən 122 min 392 ədəd kontakt linzanın 63,2 %-i Çinin payına düşüb.