Azərbaycan Türkiyədən kolbasa alışını kəskin artırıb

Biznes
  • 12 sentyabr, 2023
  • 12:53
Azərbaycan Türkiyədən kolbasa alışını kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 8 milyon ABŞ dolları dəyərində 2 min 842 ton kolbasa idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 22,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 5,46 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 14,5 % çoxdur) 2 min 314 ton (+33 %), Belarusdan 731 min ABŞ dolları dəyərində (-7 %) 155 ton (-28 %), Almaniyadan 706 min ABŞ dolları dəyərində (+9 %) 180 ton (-9 %), Türkiyədən 586 min ABŞ dolları dəyərində (+34 %) 131 ton (+62 %), Litvadan 101,5 min ABŞ dolları dəyərində (-6 %) 20 ton (-13 %) kolbasa alıb.

2022-ci il ərzində Azərbaycana (15 ölkədən) idxal edilən 5 min 236 ton kolbasanın 75,7 %-i Rusiyanın payına düşüb.

44 filmi