Azərbaycan Türkiyədən havalandırma sistemlərinin idxalına çəkdiyi xərci 1%-dən çox azaldıb

Biznes
  • 14 avqust, 2025
  • 17:00
Azərbaycan Türkiyədən havalandırma sistemlərinin idxalına çəkdiyi xərci 1%-dən çox azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 74,163 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % azdır.

Təkcə iyulda Türkiyə Azərbaycana 9,711 milyon ABŞ dollarlıq isitmə, soyutma və havalandırma sistemləriı ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 33,7 % azdır.

7 ayda Türkiyənin isitmə, soyutma və havalandırma sistemləri ixracının ümumi dəyəri illik müqayisədə 5,4 % artaraq 4,275 milyard ABŞ dollarına, iyulda isə 5,7 % artaraq 658 milyon ABŞ dollarına çatıb.