Azərbaycan Türkiyədən dəri tədarükünə çəkdiyi xərci azaldıb

Biznes
  • 07 sentyabr, 2023
  • 14:54
Azərbaycan Türkiyədən dəri tədarükünə çəkdiyi xərci azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 13,131 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 % azdır.

Təkcə avqust ayında Türkiyə Azərbaycana 1,459 milyon ABŞ dollarlıq dəri və dəri məhsulları ixrac edib ki, bu da illik müqayisədə 26,6 % azdır.

8 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 0,4 % artaraq 1 milyard 328,869 milyon ABŞ dollarına, avqust ayında isə 11,6 % azalaraq 168,797 milyon ABŞ dollarına çatıb.