Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərci 20 %-dən çox azaldıb

Biznes
  • 04 yanvar, 2025
  • 07:36
Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərci 20 %-dən çox azaldıb

Ötən il Azərbaycan Türkiyədən 16,577 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 20,4 % azdır.

Təkcə dekabrda isə Türkiyə Azərbaycana 1,225 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 14,5 % azdır.

Ötən il Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 17,9 % azalaraq 1 milyard 526,663 milyon ABŞ dollarına, dekabr ayında isə 4,6 % azalaraq 110,163 milyon ABŞ dollarına düşüb.