Azərbaycan Türkiyə və Tacikistana şəkər ixracını bərpa edib

Biznes
  • 27 dekabr, 2023
  • 12:29
Azərbaycan Türkiyə və Tacikistana şəkər ixracını bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 20,7 milyon ABŞ dolları dəyərində 27 min 771 ton şəkər ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 30 % azdır.

Azərbaycan Türkmənistana 12,72 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 64 % çoxdur) 17 min 604 ton (+47 %), Gürcüstana 2,6 milyon ABŞ dolları dəyərində (-65 %) 3 min 615 ton (-67 %), Tacikistana 1,94 milyon ABŞ dolları dəyərində 2 min 112 ton, Qırğızıstana 1,8 milyon ABŞ dolları dəyərində (+6,5 dəfə) 2 min 564 ton (+5,7 dəfə), Rusiyaya 818 min ABŞ dolları dəyərində (+15 %) 691 ton (+12 %) şəkər satıb.

Azərbaycan 11 il 1 ayın tamamında Türkiyəyə (0,5 min ABŞ dolları dəyərində 0,5 ton) və 1 il 5 aylıq fasilənin ardından Tacikistana tədarükü bərpa edib.

Hesabat dövründə Azərbaycana 15,83 milyon ABŞ dolları dəyərində (+52 dəfə) 23 min ton (+83 dəfə) şəkər idxal edilib.

Azərbaycan Rusiyadan 15,4 milyon ABŞ dolları dəyərində (+569 dəfə) 22 min 641 ton (+1 969 dəfə), Belarusdan 330 min ABŞ dolları dəyərində (+917 dəfə) 407 ton (+2 256 dəfə), Türkiyədən 33,63 min ABŞ dolları dəyərində (+82 %) 11 ton (+99 %), Çindən 33,2 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 4,27 ton (+2,7 dəfə), İrandan 22,9 min ABŞ dolları dəyərində (+4,6 dəfə) 15,43 ton (+3 dəfə) şəkər alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti