Azərbaycan Tayvandan un idxal etməyə başlayıb  

Biznes
  • 04 mart, 2024
  • 08:19
Azərbaycan Tayvandan un idxal etməyə başlayıb   

Ötən il Azərbaycan 21,41 milyon ABŞ dolları dəyərində 73 min 841 ton un (buğda və ya buğda-çovdar, qarğıdalı, digər dənlilərin) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 21 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 73 min 572 ton (+2,5 dəfə), Türkiyədən 248 min ABŞ dolları dəyərində (+52 %) 207 ton (+2,3 dəfə), İtaliyadan 38 min ABŞ dolları dəyərində (+5,7 dəfə) 17 ton (+3,7 dəfə), Lüksemburqdan 21,2 min ABŞ dolları dəyərində (+24 %) 6,11 ton (+4,4 %), Tayvandan 21 min ABŞ dolları dəyərində 3,52 ton məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tayvandan (Çinin əyaləti) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (23 ölkədən) idxal edilmiş 29,7 min ton unun 98 %-i Rusiyanın payına düşüb.