Azərbaycan Tayvandan kakao alışını bərpa edib

Biznes
  • 08 avqust, 2025
  • 15:39
Azərbaycan Tayvandan kakao alışını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 2,2 milyon ABŞ dolları dəyərində 305 ton kakao tozu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 45 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % az) 196 ton (-39 %), Niderlanddan 246 min ABŞ dolları dəyərində (-46 %) 27 ton (-74 %), Almaniyadan 178 min ABŞ dolları dəyərində (+30 dəfə) 27 ton (+37 dəfə), Qanadan 77,4 min ABŞ dolları dəyərində 5,9 ton (bir il əvvəl tədarük olmayıb), Malayziyadan 71 min ABŞ dolları dəyərində (+165 dəfə) 15 ton (+250 dəfə) məhsul alıb.

Azərbaycan 1 il 8 aylıq fasilədən sonra Tayvandan tədarükü (1,3 min ABŞ dolları dəyərində 0,2 ton) bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 1 271 ton kakao tozunun 51 %-i Türkiyənin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti