Azərbaycan Tailanddan limon və laym idxalını bərpa edib

Biznes
  • 16 yanvar, 2025
  • 06:03
Azərbaycan Tailanddan limon və laym idxalını bərpa edib

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 18,5 milyon ABŞ dolları dəyərində 20 min 766 ton limon və laym (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 15 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 11,35 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,4 % çoxdur) 15 110 ton (+0,6 %), Cənubi Afrikadan 6,9 milyon ABŞ dolları dəyərində (+92 %) 5 478 ton (+92 %), Braziliyadan 142 min ABŞ dolları dəyərində (+29 %) 72 ton (+20 %), Çindən 75 min ABŞ dolları dəyərində 61 ton (bir il əvvəl tədarük olmayıb), İspaniyadan 21,7 min ABŞ dolları dəyərində 17,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 1 il 8 aylıq fasilənin ardından Tailanddan (3,8 min ABŞ dolları dəyərində 0,9 ton) limon və laym tədarükünü bərpa edib.

44 - Tezliklə