Azərbaycan Tailanddan ekskavator tədarük etməyə başlayıb

Biznes
  • 18 mart, 2024
  • 12:24
Azərbaycan Tailanddan ekskavator tədarük etməyə başlayıb

2023-cü ildə Azərbaycan 75,3 milyon ABŞ dolları dəyərində 718 ədəd ekskavator idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 2,5 %, kəmiyyət olaraq – 0,8 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 41,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 91 % çoxdur) 436 ədəd (+3 dəfə), Cənubi Koreyadan 10,7 milyon ABŞ dolları dəyərində (-31 %) 99 ədəd (-23 %), Türkiyədən 6,5 milyon ABŞ dolları dəyərində (-50 %) 49 ədəd (-63 %), Hindistandan 5,3 milyon ABŞ dolları dəyərində (-13 %) 60 ədəd (-38 %), Böyük Britaniyadan 3 milyon ABŞ dolları dəyərində (+39 %) 33 ədəd (+14 %) ekskavator alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tailanddan (2,4 milyon ABŞ dolları dəyərində 3 ədəd) tədarük həyata keçirilib.

44 - Tezliklə