Azərbaycan Tailanddan avokado almağa başlayıb
- 18 fevral, 2025
- 11:36
2024-cü ildə Azərbaycan 2,2 milyon ABŞ dolları dəyərində 832 ton avokado (təzə və ya qurudulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 70 % çoxdur.
Hesabat dövründə Azərbaycan Perudan 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,7 dəfə çoxdur) 316 ton (+4 dəfə), Türkiyədən 566 min ABŞ dolları dəyərində (+90 %) 375 ton (+89 %), Cənubi Afrikadan 218 min ABŞ dolları dəyərində (+67 %) 73 ton (+74 %), Portuqaliyadan 79 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 16 ton (+4 dəfə), Meksikadan 65,8 min ABŞ dolları dəyərində (+6,6 dəfə) 13 ton (+7,6 dəfə) avokado alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tailanddan tədarük (0,2 min ABŞ dolları dəyərində 0,03 ton) həyata keçirilib.
2023-cü ildə Azərbaycana 19 ölkədən idxal edilmiş 489 ton avokadonun 40,5 %-i Türkiyənin, 23,4 %-i Keniyanın payına düşüb.