Azərbaycan Sloveniyadan avtomobil idxalını bərpa edib
- 27 aprel, 2023
- 09:23
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 128,1 milyon ABŞ dolları dəyərində 10 min 907 ədəd minik avtomobili (benzin və dizel mühərrikli) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 32,3 % çoxdur.
Hesabat dövründə Azərbaycan Koreyadan 34,175 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 3 min 863 ədəd (+70 %), Almaniyadan 21,176 milyon ABŞ dolları dəyərində (+82,4 %) 2 min 105 ədəd (+44 %), Yaponiyadan 15,568 milyon ABŞ dolları dəyərində (+70 %) 940 ədəd (+91,4 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 14,417 milyon ABŞ dolları dəyərində (+63,4 %) 951 ədəd (-12,7 %), Böyük Britaniyadan 12,257 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 469 ədəd (+47,5 %) avtomobil alıb.
Bir il 1 aylıq aradan sonra Azərbaycan Sloveniyadan (4,1 min ABŞ dolları dəyərində 1 ədəd) minik avtomobillərinin tədarükünü bərpa edib.
2022-ci ildə ölkəyə idxal edilən (33 ölkədən) 56 min 771 ədəd minik avtomobilinin 26,4 %-i Koreyanın, 20,3 %-i Türkiyənin, 11,1 %-i Yaponiyanın, 10,6 %-i ABŞ-ın payına düşüb.