Azərbaycan Slovakiyadan mis boru idxalını bərpa edib

Biznes
  • 04 iyul, 2024
  • 08:09
Azərbaycan Slovakiyadan mis boru idxalını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1,4 milyon ABŞ dolları dəyərində 147 ton mis boru və borucuq idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 %, kəmiyyət olaraq – 6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 1,25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15,5 % çoxdur) 137,35 ton (+17 %), Türkiyədən 98 min ABŞ dolları dəyərində (-45 %) 4,8 ton (-70 %), İtaliyadan 46 min ABŞ dolları dəyərində (-0,2 %) 3,3 ton (+21 %), Çindən 37,1 min ABŞ dolları dəyərində (+12,4 %) 1 ton (-40 %), Böyük Britaniyadan 1,2 min ABŞ dolları dəyərində (-95 %) 0,03 ton (-96 %) məhsul alıb.

Azərbaycan 2 il 8 aylıq fasilənin ardından Slovakiyadan (0,5 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.

44 - Tezliklə