Azərbaycan Sinqapurdan təyyarə trapları tədarük etməyə başlayıb

Biznes
  • 30 may, 2024
  • 10:12
Azərbaycan Sinqapurdan təyyarə trapları tədarük etməyə başlayıb

Bu ilin I rübündə Azərbaycan 225,1 min ABŞ dolları dəyərində 7 ədəd təyyarə trapı (sərnişinlər üçün istifadə edilən) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 225 dəfə, kəmiyyət olaraq – 7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Sinqapurdan 131,4 min ABŞ dolları dəyərində 3 ədəd, Niderlanddan 83,55 min ABŞ dolları dəyərində 3 ədəd (bir il əvvəl tədarük olmayıb) və Çindən 10,1 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sinqapurdan tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti