Azərbaycan şəkər ixracını 46 %-dən çox artırıb

Biznes
  • 21 sentyabr, 2024
  • 10:00
Azərbaycan şəkər ixracını 46 %-dən çox artırıb

Azərbaycan bu ilin yanvar-avqust aylarında 180,756 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 25,6 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 46,4 % çoxdur.

Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,42 %-ni, ixrac isə ümumi ixracın 0,14 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 % azdır.

Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.

Son nəticədə xarici ticarətdə 5 milyard 468 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,4 dəfə azdır.

Son xəbərlər

Bütün Xəbər Lenti