Azərbaycan Rusiyaya qara kürü satışını kəskin artırıb
- 02 noyabr, 2023
- 11:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 3,8 ton qara kürü (nərə balıqlarının kürüsü) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,3 %, kəmiyyət olaraq – 12 % çoxdur.
Azərbaycan Çindən 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,5 % çoxdur) 3,6 ton (+7,2 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 10,2 min ABŞ dolları dəyərində (-55,8 %) 0,2 ton (+6,7 dəfə) və təyin olunmayan ölkədən (Rüsumsuz Ticarət Mağazasından alınıb) 2,4 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alınıb.
Azərbaycan hesabat dövründə 345,3 min ABŞ dolları dəyərində (+35 %) 0,4 ton (+82 %) qara kürü ixrac edib.
Azərbaycan Rusiyaya 109 min ABŞ dolları dəyərində (+7 dəfə) 0,2 ton (+17 dəfə), ABŞ-a 94,5 min ABŞ dolları dəyərində (+47 %) 0,1 ton (+33 %), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 75 min ABŞ dolları dəyərində (+83 %) 0,04 ton (+2 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 44,8 min ABŞ dolları dəyərində (-54 %) 0,05 ton (-29 %) və Sinqapura 21,9 min ABŞ dolları dəyərində (+35 %) 0,02 ton (+2 dəfə) qara kürü satıb.