Azərbaycan Rusiyadan sarımsaq idxalını kəskin artırıb
- 24 iyun, 2024
- 08:42
Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 613,6 min ABŞ dolları dəyərində 485,8 ton sarımsaq gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 54 % çoxdur.
Hesabat dövründə Azərbaycana İrandan 395,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çoxdur) 304,2 ton (+19 %), Misirdən 104,3 min ABŞ dolları dəyərində (+44 %) 80,2 ton (+45 %), Çindən 57,4 min ABŞ dolları dəyərində 44,1 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 43 min ABŞ dolları dəyərində (+11 dəfə) 47 ton (+16 dəfə) və Gürcüstandan 13,3 min ABŞ dolları dəyərində 10,2 ton (bir il əvvəl tədarük olmayıb) məhsul idxal edilib.
2023-cü ildə Azərbaycana 5 ölkədən idxal edilmiş 529 ton sarımsağın 81,3 %-i İranın payına düşüb.