Azərbaycan Rusiyadan mişarlanmış taxta idxalını 36 % azaldıb

Biznes
  • 07 fevral, 2023
  • 09:49
Azərbaycan Rusiyadan mişarlanmış taxta idxalını 36 % azaldıb

2022-ci ildə Azərbaycan Rusiyadan 113 milyon ABŞ dolları dəyərində 659 min kubmetr mişarlanmış taxta idxal edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, bu, 2021-ci illə müqayisədə müvafiq olaraq 8 % və 36 % azdır.

Ötən il Rusiyanın ümumi mişarlanmış taxta ixracı isə 25 % azalaraq 22 milyon kubmetrə enib. Bu dövrdə daşımaların dəyəri 18 % azalaraq 5 milyard ABŞ dolları təşkil edib. Bu göstəricilərə Rusiya ilə ticarət məlumatlarını dərc etməyi dayandıran Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistana daşınmalar daxil deyil.

2022-ci ildə Rusiyadan taxta-şalbanın əsas alıcıları Çin, Özbəkistan, Misir, Yaponiya, Azərbaycan, Estoniya, Tacikistan, Cənubi Koreya, Finlandiya və Almaniya olub ki, onların payına ümumi ixracın 90,9 %-i və ya 20 milyon kubmetr düşüb.

44 - Tezliklə