Azərbaycan Rusiyadan çəkməli tütün alışını 100 dəfədən çox artırıb

Biznes
  • 10 oktyabr, 2023
  • 12:29
Azərbaycan Rusiyadan çəkməli tütün alışını 100 dəfədən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 46,9 milyon ABŞ dolları dəyərində 2 min 652 ton çəkməli tütün gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27,1 %, kəmiyyət olaraq – 15 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 40,55 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 dəfə çoxdur) 2 min 111 ton (+8 dəfə), Ukraynadan 4,4 milyon ABŞ dolları dəyərində (-72 %) 361,6 ton (-66 %), Özbəkistandan 820 min ABŞ dolları dəyərində (-95 %) 39,1 ton (-94,3 %), İordaniyadan 608 min ABŞ dolları dəyərində (-47 %) 110 ton (-50 %), Rusiyadan 395 min ABŞ dolları dəyərində (+139 dəfə) 27,6 ton (+112 dəfə) tütün alıb.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 4 min 369 ton çəkməli tütünün 41,7 %-i Türkiyənin, 25,7 %-i Ukraynanın payına düşüb.