Azərbaycan-Rusiya sərhəddində aksiz postu yaradılacaq

Azərbaycan-Rusiya sərhəddində aksiz postu yaradılacaq Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycan-Rusiya sərhəddində Samur çayı üzərində yeni körpünün tikintisi üzərində iş gedir. Növbəti il bunun başa çatdırılması gözlənilir”.
Biznes
23 Aprel , 2018 14:02
Azərbaycan-Rusiya sərhəddində aksiz postu yaradılacaq
İqtisadiyyat naziri Şahin Mustafayev / Report/ Firi Salim

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycan-Rusiya sərhəddində Samur çayı üzərində yeni körpünün tikintisi üzərində iş gedir. Növbəti il bunun başa çatdırılması gözlənilir”.

"Report " xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinlə görüşdən sonra jurnalistlərə bildirib.

Bundan başqa, onun sözlərinə görə, Rusiya ilə bir sıra gömrük-sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində işlər aparılır: “Rusiya tərəfi aksizli malların gömrük rəsmiləşdirilməsi üçün aksiz postunun yaradılmasına dair razılıq verib. Azərbaycanla Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin potensialının artırılması da nəzərdə tutulub. Azərbaycan növbəti 5 ildə Rusiyada ixracı 5 dəfə artırmaq niyyətindədir”. 

Son xəbərlər

Orphus sistemi