Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 2% artırıb

Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 2% artırıb Bu ilin yanvar-mart aylarında Azərbaycan və Rusiya arasında ümumi dəyəri 573,9 mln ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.
Biznes
18 Aprel , 2020 15:46
Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 2% artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan və Rusiya arasında ümumi dəyəri 573,9 mln ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,23 mln ABŞ dolları və yaxud 1,99% artıb.

Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi xarici ticarətin 8,39%-nə bərabər olub.

Birinci rübdə Azərbaycanın Rusiyaya ixracının dəyəri 140,22 mln ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 15,24 mln ABŞ dolları və yaxud 12,2% artıb.

Azərbaycanın Rusiyadan idxalının dəyəri isə 433,7 mln ABŞ dolları təşkil edib ki, bu da ötən ilin birinci rübünə nisbətən 4,01 mln ABŞ dolları və yaxud 0,91% azdır.

Azərbaycanın Rusiyaya ixracı ümumi ixracının 3,33%-nə, Rusiyadan idxalı isə ümumi idxalının 16,45%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi