Azərbaycan Qəmər adalarından mixək alışını 198 dəfə artırıb
- 06 sentyabr, 2023
- 10:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 93,1 min ABŞ dolları dəyərində 9,3 ton mixək gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 77 %, kəmiyyət olaraq – 83 % azdır.
Hesabat dövründə Azərbaycan Madaqaskardan 44,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 61,5 % azdır) 5,1 ton (-68 %), Qəmər adalarından 14,44 min ABŞ dolları dəyərində (+289 dəfə) 1,98 ton (+198 dəfə), İndoneziyadan 12,76 min ABŞ dolları dəyərində (-92,4 %) 0,63 ton (-97 %), Türkiyədən 11,7 min ABŞ dolları dəyərində (-81,5 %) 0,56 ton (-94,4 %), Hindistandan 8,6 min ABŞ dolları dəyərində (+52 %) 1 ton (-58 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilmiş 125 ton mixəyin 44,2 %-i İndoneziyanın, 26,7 %-i Madaqaskarın payına düşüb.