Azərbaycan Qazaxıstandan pərdə tədarük etməyə başlayıb
- 09 noyabr, 2024
- 05:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,3 milyon ABŞ dolları dəyərində 961 min 487 kvadratmetr pəncərə pərdəsi idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin göstəricisindən dəyər ifadəsində 8 % azdır, kəmiyyət olaraq – 22 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % azdır) 836 min 824 kvadratmetr (+17 %), Çindən 128 min ABŞ dolları dəyərində (+47 %) 116 min 499 kvadratmetr (+75 %), Qazaxıstandan 14 min ABŞ dolları dəyərində 385 kvadratmetr, İspaniyadan 12,1 min ABŞ dolları dəyərində (+12 dəfə) 129 kvadratmetr (+2,4 dəfə), İtaliyadan 11,55 min ABŞ dolları dəyərində (-43 %) 157 kvadratmetr (-65 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan tədarük həyata keçirilib.