Azərbaycan Qazaxıstandan kükürd idxalını bərpa edib

Biznes
  • 19 mart, 2024
  • 12:41
Azərbaycan Qazaxıstandan kükürd idxalını bərpa edib

Ötən il Azərbaycan 436 min ABŞ dolları dəyərində 3 min 324 ton kükürd idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 2,4 %, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 262,96 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 92 % çoxdur) 2 min 461 ton (+7 dəfə), Qazaxıstandan 93,36 min ABŞ dolları dəyərində 682,62 ton, Hindistandan 36,63 min ABŞ dolları dəyərində (-66 %) 19,8 ton (-60 %), Özbəkistandan 25 min ABŞ dolları dəyərində (-70 %) 110 ton (-82 %), Türkiyədən 17,73 min ABŞ dolları dəyərində (-82 %) 50,5 ton (-81 %) məhsul alıb.

Azərbaycan 10 ilin tamamında Qazaxıstandan kükürd tədarükünü bərpa edib.