Azərbaycan Polşadan uşaq yeməklərinin alışını kəskin artıb

Biznes
  • 09 sentyabr, 2023
  • 12:53
Azərbaycan Polşadan uşaq yeməklərinin alışını kəskin artıb

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 14,32 milyon ABŞ dolları dəyərində 1 min 403 ton uşaq yeməklər (pərakəndə satış üçün çəkilib bükülmüş) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 17 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 5,51 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % çoxdur) 535 ton (-6 %), Niderlanddan 3,83 milyon ABŞ dolları dəyərində (+51 %) 372 ton (+24 %), Almaniyadan 1,26 milyon ABŞ dolları dəyərində (+41 %) 81,35 ton (+33 %), Polşadan 884 min ABŞ dolları dəyərində (+98 %) 111 ton (+2,2 dəfə), Danimarkadan 713,4 min ABŞ dolları dəyərində (+58,4 %) 34,43 ton (-40 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (19 ölkədən) idxal edilən 2 min 377 ton uşaq yeməklərinin 47,2 %-i Rusiyanın, 21,2 %-i Niderlandın, 6 %-i Almaniyanın, 5 %-i Polşanın, 4,6 %-i Danimarkanın payına düşüb.

44 filmi