Azərbaycan Polşadan karri tədarük etməyə başlayıb

Biznes
  • 30 yanvar, 2025
  • 15:05
Azərbaycan Polşadan karri tədarük etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 161 min ABŞ dolları dəyərində 42 ton karri idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 1,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 43,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % azdır) 20,6 ton (-14 %), Almaniyadan 34,5 min ABŞ dolları dəyərində (+34 %) 5,1 ton (+26 %), Türkiyədən 26,9 min ABŞ dolları dəyərində (+9,2 %) 6,44 ton (+18 %), Gürcüstandan 21,1 min ABŞ dolları dəyərində 1,3 ton (bir il əvvəl tədarük olmayıb), Hindistandan 15,5 min ABŞ dolları dəyərində (+83 %) 3,6 ton (-3 %) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Polşadan tədarük (1 min ABŞ dolları dəyərində 0,15 ton) həyata keçirilib.

44 - Tezliklə