Azərbaycan Pakistan ilə Preferensial Ticarət Sazişinin imzalanmasını müzakirə edib

Azərbaycan Pakistan ilə Preferensial Ticarət Sazişinin imzalanmasını müzakirə edib Azərbaycan və Pakistan Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən işləri müzakirə edib.
Biznes
4 Avqust , 2023 17:54
Azərbaycan Pakistan ilə Preferensial Ticarət Sazişinin imzalanmasını müzakirə edib

Azərbaycan və Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən tədbirlər müzakirə olunub.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın ticarət naziri Səid Navid Qəmər ilə keçirilən görüşündə məlum olub.

Onlayn keçirilən görüşdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

Bildirilib ki, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi Pakistanla tərəfdaşlığımızın əsas prioritetlərindəndir və bu sahəyə xüsusi töhfə verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı işlər davam etdirilir.

Tərəflər Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən tədbirləri, birgə layihələrin icrası və əməkdaşlığımızın gündəliyində olan digər məsələləri müzakirə ediblər.

17:37

Azərbaycan və Pakistan Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən işləri müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.

"Pakistanın ticarət naziri Səid Navid Qəmər ilə keçirdiyimiz onlayn görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin və iqtisadi əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini bir daha vurğulayaraq, tərəflər arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən tədbirləri müzakirə etdik", - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi