Azərbaycan özünüməşğulluq proqramını genişləndirir

Azərbaycan özünüməşğulluq proqramını genişləndirir Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanda qarşıdakı illərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq, özünüməşğulluq proqramı genişləndiriləcək. 
Biznes
21 Noyabr , 2017 13:30
Azərbaycan özünüməşğulluq proqramını genişləndirir
İqtisadiyyat naziri Şahin Mustafayev / Report

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanda qarşıdakı illərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq, özünüməşğulluq proqramı genişləndiriləcək. 

"Report"un verdiyi xəbərə görə, bu barədə parlamentin bugünkü plenar iclasında 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, gələn il aqrar sektorda 6,2% artım gözlənilir: "Aqroparklardakı işlər üçün 133 mln. manat dövlət investisiyası olmaqla 219 mln. manat vəsait ayrılıb".

Ş.Mustafayev əlavə edib ki, 2018-ci ildə xidmət sektorunda 2,7%, turizm sahəsində 6,6%, nəqliyyat sektorunda isə 2,5% artım proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi