Azərbaycan Özbəkistandan yemiş almağa başlayıb

Biznes
  • 15 avqust, 2025
  • 11:28
Azərbaycan Özbəkistandan yemiş almağa başlayıb

Bu ilin I yarısında Azərbaycan 75,2 min ABŞ dolları dəyərində 99,1 ton yemiş idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 34 % azdır.

Hesabat dövründə Azərbaycan İrandan 49,9 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % azdır) 71,3 ton (-23 %), Braziliyadan 8,3 min ABŞ dolları dəyərində (+78 %) 8,3 ton (+78 %), Özbəkistandan 6,1 min ABŞ dolları dəyərində 6,1 ton, Türkiyədən 6 min ABŞ dolları dəyərində (-84 %) 8,6 ton (-83 %), Kosta-Rikadan 2,9 min ABŞ dolları dəyərində (+15 dəfə) 2,9 ton (+15 dəfə) yemiş alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistandan tədarük həyata keçirilib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 177 ton yemişin 54 %-i İranın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti