Azərbaycan Özbəkistandan gil tədarük etməyə başlayıb

Biznes
  • 07 mart, 2024
  • 09:25
Azərbaycan Özbəkistandan gil tədarük etməyə başlayıb

2023-cü ildə Azərbaycan 2,65 milyon ABŞ dolları dəyərində 12 min ton gil (bentonit, digər gillər) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 17 % azdır.

Hesabat dövründə Azərbaycana Rusiyadan 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % azdır) 8 min 781 ton (-14 %), Türkiyədən 833 min ABŞ dolları dəyərində (+9 %) 2 min 713 ton (+8 %), Braziliyadan 132 min ABŞ dolları dəyərində (-15 %) 69,2 ton (-77 %), Amerika Birləşmiş Ştatlarından 114 min ABŞ dolları dəyərində (+2 %) 102 ton (-23 %), Çindən 54,21 min ABŞ dolları dəyərində (-24 %) 19 ton (-70 %) məhsul gətirilib.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistandan (6,6 min ABŞ dolları dəyərində 34,5 ton) tədarük həyata keçirilib.