Azərbaycan Özbəkistana heyva ixrac etməyə başlayıb

Biznes
  • 14 fevral, 2024
  • 06:40
Azərbaycan Özbəkistana heyva ixrac etməyə başlayıb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 2 min 861 ton heyva ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 99,5 %, kəmiyyət olaraq – 2,1 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 2,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 2 min 808 ton (+2,1 dəfə), Qazaxıstana 15,1 min ABŞ dolları dəyərində (+43 %) 25,5 ton (+8,3 %), Gürcüstana 10,7 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 16,6 ton (-20 %), Belarusa 6,2 min ABŞ dolları dəyərində (-15 %) 5 ton (-38 %), Özbəkistana 6,15 min ABŞ dolları dəyərində 4,7 ton meyvə satıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistana tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan (6 ölkəyə) ixrac edilmiş 1 min 619 ton heyvanın 94,4 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə