Azərbaycan Moldovaya kartof satışını bərpa edib

Biznes
  • 03 avqust, 2023
  • 06:36
Azərbaycan Moldovaya kartof satışını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 23,4 milyon ABŞ dolları dəyərində 52 min 838 ton kartof (toxumluq kartofdan başqa) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 58 %, kəmiyyət olaraq – 59 % çoxdur.

Azərbaycan Rusiyaya 21,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 54 % çoxdur) 47 min 358 ton (+54 %), Ukraynaya 1 milyon ABŞ dolları dəyərində (+4,6 dəfə) 3 min 357 ton (+4,4 dəfə), Belarusa 569 min ABŞ dolları dəyərində (+49 %) 1 min 422 ton (+38,5 %), Qazaxıstana 141 min ABŞ dolları dəyərində (+14 dəfə) 302,6 ton (+15 dəfə), Moldovaya 91,2 min ABŞ dolları dəyərində 368,8 ton məhsul göndərib.

Azərbaycan 1 il 8 aylıq fasilənin ardından Moldovaya kartof tədarükünü bərpa edib.

Hesabat dövründə Azərbaycan 23,1 milyon ABŞ dolları dəyərində (-12,1 %) 83 min 167 ton (-16,7 %) kartof idxal edib.

Azərbaycana Belarusdan 7 milyon ABŞ dolları dəyərində 22 min 476 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 7 milyon ABŞ dolları dəyərində (+437 dəfə) 27 min 867 ton (+429 dəfə), İrandan 4,5 milyon ABŞ dolları dəyərində (-49 %) 17 min 402 ton (-52 %), Pakistandan 3 milyon ABŞ dolları dəyərində (-59 %) 9 min 668 ton (-60 %), Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (-85 %) 4 min 323 ton (-86 %) məhsul gətirilib.

44 - Tezliklə