Azərbaycan Misirdən qəhvə idxal etməyə başlayıb

Biznes
  • 05 noyabr, 2024
  • 09:24
Azərbaycan Misirdən qəhvə idxal etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 3,8 milyon ABŞ dolları dəyərində 387 ton qəhvə idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 20 % çoxdur.

Hesabat dövründə Azərbaycan İtaliyadan 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % çoxdur) 100 ton (+30 %), Türkiyədən 499 min ABŞ dolları dəyərində (+18 %) 47 ton (+2 %), Braziliyadan 473 min ABŞ dolları dəyərində (-17 %) 79 ton (-28 %), Niderlanddan 205 min ABŞ dolları dəyərində (+16 %) 17 ton (+21 %), Birləşmiş Ərəb Əmirliklərindən 188 min ABŞ dolları dəyərində (+84 %) 12 ton (+71 %) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Misirdən (0,5 min ABŞ dolları dəyərində 0,02 ton) tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti