Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
- 11 may, 2024
- 07:15
Bu ilin yanvar-mart aylarında Azərbaycana 141 min 808 ton meyvə-tərəvəz idxal edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meyvə-tərəvəzin idxal dəyəri 99 milyon 275 min ABŞ dolları olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 13 min 521 ton (10,5 %), dəyər baxımından 16 milyon 170 min ABŞ dolları (19,4%) çoxdur.
Meyvə və tərəvəz idxalı Azərbaycanın ümumi idxalının 2,67 %-ini təşkil edib.
Həmçinin, 3 ay ərzində Azərbaycan 111 min 441 ton meyvə-tərəvəz ixrac edib. Bu həcmdə ixracın dəyəri 132 milyon 579 min ABŞ dolları təşkil edib.
Bunlar, 1 il əvvələ nisbətən həcm baxımından 20 min 548 ton (22,6 %), dəyər baxımından isə 17 milyon 639 min ABŞ dolları (15,3 %) çoxdur.
Qeyd edək ki, meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,2 %-ini təşkil edib.