Azərbaycan Meksika və Vyetnamdan qreypfrut idxalına başlayıb
- 07 mart, 2024
- 05:52
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 1 milyon ABŞ dolları dəyərində 1 min ton qreypfrut idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 23 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 550 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 39 % azdır) 687 ton (-39 %), Cənubi Afrikadan 422 min ABŞ dolları dəyərində (+64 %) 350 ton (+41 %), Çindən 20,8 min ABŞ dolları dəyərində (-5 %) 13,45ton (-8 %), Tailanddan 10,3 min ABŞ dolları dəyərində (+48 %) 3,6 ton (+64 %), Meksikadan 9,4 min ABŞ dolları dəyərində 7,87 ton məhsul gətirib.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Vyetnamdan (1,8 min ABŞ dolları dəyərində 1,2 ton) tədarük həyata keçirilib.